Moyesə istefa təhlükəsi
03.06.2023 - 14:29
Moyesə istefa təhlükəsi

Devid Moyes “Vest Hem”in baş məşqçi postunu itirmək təhlükəsi ilə üzləşib.

Apasport.az saytının məlumatına görə, mütəxəssisin vəzifəsində qalması Konfrans Liqasının finalından asılıdır.

London klubu kuboku başı üzərinə qaldırsa, Moyes vəzifəsində qalacaq. Premyer Liqada 14-cü yeri tutan komanda həlledici görüşdə uduzsa, mütəxəssis istefaya göndəriləcək.

Qeyd edək ki, “Vest Hem” finalda “Fiorentina” ilə görüşəcək. 
 

writer photo
Əlirza Əlirzalı
0