Moyesin yeganə şansı
09.05.2023 - 00:35
Moyesin yeganə şansı

“Vest Hem”in baş məşqçisi Devid Moyesin taleyi avrokuboklardan asılıdır.

Apasport.az saytının məlumatına görə, İngiltərə klubu Konfrans Liqasının qalibi olsa, 60 yaşlı mütəxəssis postunda qalacaq.

Premyer Liqada uğursuz mövsüm keçirən londonluların bütün ümidləri qitənin üçüncü dərəcəli klub turniri ilə bağlıdır. Premyer Liqanın 33 turundan sonra 37 xalla 15-ci olan “Vest Hem” avrokuboklardakı uğursuzluğu Moyesə bağışlamayacaq.

Qeyd edək ki, Premyer Liqa klubu Konfrans Liqasının yarımfinalında “Alkmaar”la qarşılaşacaq.

writer photo
Əlirza Əlirzalı
0