Boksçularımızın Avropa çempionatında ilk rəqibləri müəyyənləşdi
14.10.2022 - 10:27
Boksçularımızın Avropa çempionatında ilk rəqibləri müəyyənləşdi

Monteneqronun Budva şəhərində qadın boksçular arasında keçiriləcək Avropa çempionatının püşkü atılıb. 

Apasport.az saytının məlumatına görə, bu gün start götürəcək yarışda Azərbaycan yığmasının idmançılarının da ilk rəqibləri bəlli olub.

Təmsilçilərimizdən ilk olaraq rinqə Zeynəb Rəhimova çıxacaq. Onun Alyona Savçukla döyüşü oktyabrın 15-nə təsadüf edək.

Avropa çempionatında 31 ölkədən 164 boksçu qüvvəsini sınayacaq. Yarışın qaliblərinin adına oktyabrın 22-də aydınlıq gələcək.

Avropa çempionatı, Budva
15 oktyabr
1/8 final

Zeynəb Rəhimova (52 kq) – Alyona Savçuk (İtaliya)

17 oktyabr
1/8 final

Günel Rəhimova (48 kq) – Demye-Jade Rejtan (İngiltərə)

19 oktyabr
1/4 final

Anaxanım İsmayılova (50 kq) – Yaroslava Marinçuk (Ukrayna)
Şəhla Allahverdiyeva (66 kq) – Yelena Yaniçiyeviç (Serbiya)

21 oktyabr
1/2 final

Aynur Rzayeva (+81 kq) – Zayra Qarsia (İspaniya)/Darya Kozores (Moldova)
 

writer photo
Əlirza Əlirzalı
0