Müdafiəsi ilə öyünənlərin duelində kim sevinəcək?
01.06.2022 - 17:24
Müdafiəsi ilə öyünənlərin duelində kim sevinəcək?

ABŞ və Mərakeş milli komandaları arasında yoldaşlıq oyunu keçiriləcək.

Apasport.az saytının məlumatına görə, rusiyalı futbol eksperti Artyom Kapustin bu gecə baş tutacaq matçla bağlı proqnoz təklif edir.

Mütəxəssis təkli kuponda meydan sahiblərinin qələbəsinə qoyuluş etməyin tərəfdarıdır:

ABŞ və Mərakeş milli komandaları artıq Qətərdəki dünya çempionatına vəsiqə qazanıb. Bu da hər iki yığmanın sanballı ustalıq səviyyəsindən xəbər verir. “Ulduzlu-zolaqlılar” kifayət qədər daha təcrübəli komandadır. Onların heyətində bir sıra yüksək səviyyəli ifaçılar yer alıb. “Qırmızı-yaşıllar”ın heyəti isə daha zəif görünür. Meydan amili də amerikalıların tərəfindədir. Bu üzdən də təxminən 2,00 əmsala yaxın olan meydan sahiblərinin qələbəsinə qoyuluş etmək mümkündür.

Hər iki komanda təkcə DÇ-2022-yə vəsiqə deyil, həm də keyfiyyətli müdafiə xətti ilə öyünə bilər. Bunun üçün komandaların seçmə mərhələdəki çıxışına baxmaq kifayətdir. 14 matça çıxan ABŞ yığması cəmi 10 qol (orta hesabla 0,71) buraxıb. Mərakeş isə 6 oyunda vur-tut 1 topu (0,17) qapısından çıxarıb. Buna əsasən Alt da optimal variantdır.

Proqnozum: 1 və ya Alt
 

writer photo
Əlirza Əlirzalı
0