"Zirə"nin Avropa macərası qələbə ilə bitdi - Yenilənib
29.08.2024 - 21:50
"Zirə"nin Avropa macərası qələbə ilə bitdi - Yenilənib

“Zirə” bu gün UEFA Konfrans Liqasında pley-off mərhələsinin cavab oyununa çıxıb. 

Apasport.az xəbər verir ki, “qartallar” Bakıda Kiprin “Omoniya” komandası ilə qarşılaşıb. 

Komandalar arasındakı ilk matçda Nikosiya təmsilçisi 6:0 hesablı qələbə qazanmışdı. Evdə isə təmsilçimiz minimal hesablı qələbə qazanıb - 1:0.

UEFA Konfrans Liqası
Pley-off mərhələsi, cavab oyunu

29 avqust

20:00 Zirə – Omoniya (Kipr) 1:0

Qol: R. Utziq, 79
İlk oyun 0:6

"Zirə”: Tiaqo Silva, Məqsəd İsayev, Ruan Renato, Ange Mutsinzi, Qismət Alıyev, Rüstəm Əhmədzadə, Pyer Zebli, Eldar Quliyev, Rafael Utziq, David Volkov, Salifu Suma.

Baş məşqçi: Rəşad Sadıqov 

“Omoniya”: Fabiano, Alfa Dionku, Senu Kulibali, Amin Xammas, Filip Helander, Evandro, Mateo Mariç, Novika Erakoviç, Velko Simiç, Andronikos Kokulli, Omar Atzili.

Baş məşqçi: Valdas Dambrauskas 

writer photo
Əlirza Əlirzalı
0