Mukokodan imtina
17.12.2022 - 15:42
Mukokodan imtina

Dortmund “Borussiya”sının futbolçusu Yussuf Mukoko müqaviləsini uzatmaqdan imtina edib.

Apasport.az saytının məlumatına görə, hücumçu Bundesliqa klubundan ayrılmağa üstünlük verib.

18 yaşlı forvard aldığı çoxsaylı təklifləri dəyərləndirmək niyyətindədir. Onun müqaviləsi 2023-cü ilin yayında başa çatacaq. Mukoko daha iddialı komandaya azad agent statusu ilə yollanmaq istəyir.

Qeyd edək ki, Yussuf “Barselona” və “Çelsi”nin transfer siyahısında yer alıb.

writer photo
Əlirza Əlirzalı
0