Muleka "Beşiktaş"dan ayrılıb
22.08.2024 - 11:34
Muleka "Beşiktaş"dan ayrılıb

Səudiyyə Ərəbistanının "Əl Xolood" klubu ilə razılaşan Cekson Muleka "Beşiktaş" düşərgəsini tərk edib.

Apasport.az xəbər verir ki, Muleka müqavilə bağlamaq üçün İstanbuldan yola düşüb.

Səudiyyə Ərəbistanı təmsilçisi Muleka üçün "ağ-qaralara" 1 milyon avro icarə və 1.5 milyon avro transfer haqqı ödəyəcək.

Qeyd edək ki, 24 yaşlı hücumçu "Beşiktaş" forması ilə 80 matça çıxıb, 15 qol vurub, 3 qol ötürməsi verib.

writer photo
Əlirza Əlirzalı
0