Mundial öncəsi itki
23.10.2022 - 23:14
Mundial öncəsi itki

Fransa millisi DÇ-2022-yə itki ilə başlamaq təhlükəsi ilə üzləşib.

Apasport.az saytının məlumatına görə, “Mançester Yunayted”in müdafiəçisi Rafael Varan Qətərdəki mundualın ilk oyununu buraxa bilər.

O, “Çelsi” ilə Premyer Liqa matçında zədələnib. 67-ci dəqiqədə xəsarət alan futbolçunun zədəsinin ciddi olduğu aşkarlanıb. O, mundialın ikinci turuna hazır ola biləcək.

Qeyd edək ki, “Çelsi” və “Mançester Yunayted” arasında qarşılaşma 1:1 hesabı ilə başa çatıb.
 

writer photo
Əlirza Əlirzalı
0