Musa Sou üçün sürpriz təyinat: Sabiq "Fənərbaxça"lılar bir arada
13.08.2024 - 11:28
Musa Sou üçün sürpriz təyinat: Sabiq "Fənərbaxça"lılar bir arada

Superliqa təmsilçilərindən "Fənərbaxça"nın sabiq futbolçusu Musa Sou Makedoniyanın "Qostivar" komandasına idman direktoru təyin edilib .

Apasport.az xəbər verir ki, bu barədə klubun rəsmi sosial media hesablarında paylaşım edilib.

Makedoniya komandasının heyətində keçmiş "Beşiktaş" futbolçusu Oğuzhan Aydoğan ilə yanaşı, keçmişdə "Fənərbaxça"da çıxış etmiş Erten Ersu, Alper Potuk və Nabil Dirar kimi adlar da var.

Seneqallı mütəxəssis 2012-ci ildə futbolçu kimi "Lill"dən "Fənərbaxça"ya keçmişdi. 

writer photo
Əlirza Əlirzalı
0