Avropa Oyunları gündəliyi: İDMANÇILARIMIZIN KRAKOV SINAĞI
30.06.2023 - 08:37
Avropa Oyunları gündəliyi: İDMANÇILARIMIZIN KRAKOV SINAĞI

Polşada keçirilən Krakov-2023 III Avropa Oyunları davam edir.

Apasport.az saytının məlumatına görə, iyunun 30-da 9 medal dəsti sahibini tapacaq.

Bununla da oynanılan medal dəstlərinin sayı 197-yə çatacaq. Avropa Oyunlarının onuncu günündə tamaşaçılar 10 növdə mübarizəyə şahid olacaq. 

Qılıncoynatmada yarışlara yekun vurulacaq. Bu növdən başqa, teqbal, atıcılıq, dağdan tramplinlə tullanma və kanoe-slalomda medal dəstləri sahibini tapacaq. 

Kikboksinqdə Avropa Oyunlarının ilk döyüşləri bu gün baş tutacaq. Boks, çimərlik futbolu, stolüstü tennis və badmintonda yarışlar davam edəcək. Müasir beşnövçülükdə və triatlonda istirahət veriləcək.

Azərbaycan idmançıları bu növlərdən boks, qılıncoynatma, çimərlik futbolu, atcılıq və kikboksinq qüvvəsini sınayacaq. 

30 iyun
Boks

17:45. Kişilər, 80 kq, yarımfinal
Murad Allahverdiyev – Qabriyel Veoçiç (Xorvatiya)
22:30. Kişilər, +92 kq, yarımfinal
Məhəmməd Abdullayev – Nelvi Ram Tiafak (Almaniya)

Atıcılıq
11:00. Kişilər, tapança, 25 m, təsnifat mərhələsi, 2-ci gün
Ruslan Lunyov
11:00. Qadınlar, trap, təsnifat mərhələsi, 2-ci gün
Ülviyyə Eyvazova, Aydan Camalova

Qılıncoynatma
11:00. Kişilər, şpaqa, 1/16 final
Azərbaycan - Estoniya
Kənan Əliyev, Ruslan Həsənov, Barat Quliyev
12:30. Qadınlar, sablya, 1/8 final
Rumıniya - Azərbaycan 
Anna Başta, Valeriya Bolşakova, Polina Kaspiaroviç, Səbinə Kərimova

Kikboksinq
1/4 final
12:45. Fərid Ağamoğlanov (63,5 kq) – Filip Barak (Slovakiya)
17:00. Elşad Şahbazov (86 kq) – Artyom Melnik (Ukrayna)

Çimərlik futbolu
16:30. 5-8-ci yerlər uğrunda
Azərbaycan - Ukrayna

writer photo
Əlirza Əlirzalı
0