Dibala “Milan”ın transfer siyahısında
22.06.2022 - 14:09
Dibala “Milan”ın transfer siyahısında

Argentina millisinin və “Yuventus”un futbolçusu Paulo Dibala daha bir klubun maraq dairəsinə düşüb.

Apasport.az saytının məlumatına görə, “Milan” hücumçunu transfer etmək niyyətindədir.

Futbolçu “İnter”in rəhbərliyi ilə yaxın münasibətlərdə olsa, Milanın eyniadlı komandası da onu ələ keçirməyi planlaşdırır.  “Rossonyeri”nin yeganə istəyi futbolçunun maaşla bağlı tələbini aşağı salmasıdır.

Qeyd edək ki, Dibala 2015-ci ilin yayında “Palermo”dan “Yuventus”a keçib.

writer photo
Əlirza Əlirzalı
0