MY "Barselona"nın futbolçusundan gözünü ayırmır
01.03.2023 - 00:40
MY "Barselona"nın futbolçusundan gözünü ayırmır

"Mançester Yunayted" "Barselona"nın yarımmüdafiəçisi ilə maraqlanır.

Apasport.az xəbər verir ki, mankunianlar yayda 2 yüksək səviyyəli transfer etmək istəyir və variantlardan biri də Frenki de Yonqla bağlıdır.

Eyni zamanda, "Yunayted"in niderlandlını almağa çalışdığı ötən yaydan bəri klubda futbolçunun statusunun dəyişdiyi, indi onu almağın daha da çətinləşdiyi vurğulanır.

Qeyd edək ki, bu mövsüm Frenki de Yonq La Liqada 21 oyun keçirib və 2 qol vurub.

writer photo
Əlirza Əlirzalı
0