“Napoli” futbolçusunu “Əl-Əhli”yə satır
14.08.2023 - 11:40
“Napoli” futbolçusunu “Əl-Əhli”yə satır

Səudiyyə Ərəbistanı klubları daha bir avropalı futbolçunu heyətinə qatacaq.

Apasport.az saytının məlumatına görə, “Napoli”nin futbolçusu Petr Zelinski də karyerasını Asiyada davam etdirəcək.

“Əl-Əhli” yarımmüdafiəçinin keçidi ilə bağlı razılıq əldə edib. Polşalı üçün 32 milyon avro ödəniləcək. 

Futbolçu 2026-cl ilədək nəzərdə tutulan müqavilə imzalayacaq. O, 15 milyon avro qazanacaq.

Qeyd edək ki, Zelinski ötən mövsümün 48 matçında 7 qol vurub.
 

writer photo
Əlirza Əlirzalı
0