“Napoli” Kulibalini “Çelsi”yə satır
14.07.2022 - 00:46
“Napoli” Kulibalini “Çelsi”yə satır

Müdafiəçi Kalidu Kulibali “Çelsi”yə keçir.

Apasport.az saytının məlumatına görə, İngiltərə klubu seneqallı futbolçunun transferi ilə bağlı klubu “Napoli”nin razılığını alıb.

Tərəflər 31 yaşlı oyunçunun 40 milyon avro müqabilində İngiltərəyə köçməsində ortaq məxrəcə gəliblər. Kulibali də neapolluların dünənki məşqinə qatılmayıb. Ulduz futbolçu yaxın günlərdə “zadəganlar”la 5 illik müqavilə imzalayacaq. Onun yeni komandasında illik maaşı 10 milyon avro olacaq.

Qeyd edək ki, Kalidu Kulibali 2014-cü ildən “Napoli”də çıxış edir.

writer photo
Əlirza Əlirzalı
0