Daha bir ulduz milli karyerasını başa vurdu
15.07.2024 - 14:00
Tomas Müller Almaniya millisindəki karyerasını başa vurub.
Apasport.az xəbər verir ki, bu barədə alman futbolçunun özü açıqlama verib.
AVRO-2024-ün İspaniya ilə 1/4 final matçı onun yığmada son görüşü olub. Bu qarşılaşmada 34 yaşlı futbolçunun komandası 1:2 hesabı ilə uduzub.
Qeyd edək ki, Müller millidə 131 matçda 45 qol vurub. O, DÇ-2014-ün çempionu olub, DÇ-2010, AVRO-2012 və AVRO-2016-nın bürünc mükafatını qazanıb.
0
0