“Napoli” Mançini ilə danışıqlar aparır
04.06.2023 - 17:06
“Napoli” Mançini ilə danışıqlar aparır

Roberto Mançini “Napoli”yə rəhbərlik edə bilər.

Apasport.az saytı xəbər verir ki, klubun rəhbərliyi təcrübəli mütəxəssislə ilkin danışıqlar aparıb.

İtaliya yığmasına başçılıq edən Mançinin bu təklifə hansı cavab verdiyi məlum deyil. “Napoli”nin prezidenti Aurelio De Laurentis komandanı italiyalı mütəxəssisə etibar etmək niyyətindədir.

Qeyd edək ki, Luçano Spalleti “Napoli”yə çempion titulunu qazandırsa da, məhz prezidentlə fikir ayrılığı üzündən istefa vermişdi.
 

writer photo
Əlirza Əlirzalı
0