“Napoli”də növbəti istefa
13.11.2023 - 12:39
“Napoli”də növbəti istefa

“Napoli” baş məşqçisi Rudi Qarsiya ilə yollarını ayırır.

Apasport.az xəbər verir ki, klub rəhbərliyi günün sonuna kimi bu qərarı rəsmiləşdirəcək. 

Neapollular komandanın son oyunlardakı uğursuz çıxışına görə bu qənaətə gəliblər. İtaliya nəhəngi Rudi Qarsiyanı əvəzləyəcək əsas namizədin İqor Tudor olduğunu bildiriblər.

Qeyd edək ki, fransalı çalışdırıcı 2023-cü ildən kluba rəhbərlik edirdi.
 

writer photo
Əlirza Əlirzalı
0