“Neftçi”nin sabiq futbolçusu "Sevilya"nın marağında
20.01.2024 - 15:58
“Neftçi”nin sabiq futbolçusu "Sevilya"nın marağında

“Neftçi”nin sabiq hücumçusu Mateus Saldanya Avropa klubundan təklif alıb.

Apasport.az xarici KİV-ə istinadla xəbər verir ki, "Sevilya" Serbiyanın “Partizan” klubunun futbolçusunu transfer etmək istəyir. 

Digər tərəfdən, İtaliyanın “Torino” və Türkiyənin “Fənərbaxça” klubları da futbolçu ilə maraqlanır. 

Klub rəhbərliyi transferlə bağlı “Partizan”a rəsmi təklif göndərib. İspanlar onu mövsümün sonuna qədər icarəyə götürmək və yayda birdəfəlik transfer etmək istəyirlər. 

Qeyd edək ki, Saldanya 2022/2023 mövsümünün ikinci yarısını icarə əsasında “Neftçi”də keçirib.

writer photo
Əlirza Əlirzalı
0