Nəhənglərin transfer hədəfi – 18 yaşlı yarımmüdafiəçi
28.09.2023 - 23:42
Nəhənglərin transfer hədəfi – 18 yaşlı yarımmüdafiəçi

“Antverpen”in yarımmüdafiəçisi Artur Vermerin qitənin nəhəng klublarının hədəfinə düşüb.

Apasport.az saytı xəbər verir ki, “Barselona” 18 yaşlı futbolçunu yaxından izləyir.

Kataloniya klubunu skauntları artıq belçikalı yarımmüdafiəçinin bir neçə oyununu izləyiblər. Bundan başqa, “Mançester Yunayted”, “Liverpul”, “Brayton”, “Ayaks” və “Leyptsiq” də Vermerini heyətinə qatmaq arzusundadır.

Qeyd edək ki, “Antverpen” Çempionlar Liqasında çıxış edir və bu amil gənc oyunçunun qiymətinin yüksəlməsinə şərait yaradıb.
 

writer photo
Əlirza Əlirzalı
0