Neymar 6 aylıq sıradan çıxdı
19.10.2023 - 09:48
Neymar 6 aylıq sıradan çıxdı

Neymarın durumuna aydınlıq gəlib.

Apasport.az xəbər verir ki, Braziliya millisinin
kapitanının ön çarpaz bağı zədələnib və menisküsü cırılıb.

Həkimlər “Əl-Hilal”ın hücumçusunun əməliyyat olunmasını planlaşdırırlar. O, ən az 6 ay futboldan uzaq qalacaq.

Qeyd edək ki, 31 yaşlı forvard  DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Uruqvay yığması ilə oyunda (0:2) sol dizindən zədə alıb. Futbolçu ilk hissənin sonlarında meydanı xərəklə tərk edib.

writer photo
Əlirza Əlirzalı
0