Neymar nasistlərə dəstəyə görə tənqid olundu
01.11.2022 - 10:36
Neymar nasistlərə dəstəyə görə tənqid olundu

Braziliyalı sabiq yarımmüdafiəçi Juninyo Pernambukano millinin hazırkı lideri Neymarı ölkənin son prezidenti və bu posta namizədliyini növbəti dəfə irəli sürən Jair Bolsonaronu dəstəklədiyinə görə tənqid edib.

Apasport.az saytının məlumatına görə, Juninyo bunu ulduz futbolçuya yaraşdırmadığını açıqlayıb.

O bildirib ki, Neymar düzgün namizədi dəstəkləmir: “Neymar kimi braziliyalı futbolçunun faşistləri dəstəklədiyini görmək məni incidir. Biz aşağıdan gəlirik və xalqıq. Necə qarşı tərəfdə ola bilərik?”

Qeyd edək ki, Neymar prezidentliyə seçkilərdə Luiz İnasio Lula da Silvaya məğlub olan Bolsonaronun namizədliyini açıq şəkildə dəstəkləyib.

writer photo
Əlirza Əlirzalı
0