Neymara “Əl Hilal”dan təklif - 250 milyon avro
12.06.2023 - 14:02
Neymara “Əl Hilal”dan təklif - 250 milyon avro

PSJ-nin hücumçusu Neymar karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.

Apasport.az saytı xəbər verir ki, “Əl Hilal” 31 yaşlı futbolçuya 3 illik müqavilə təklif edib.

Ərəblər Braziliya millisinin kapitanına illik 250 milyon avro maaş ödəməyə hazırdırlar. Hazırda zədəsini sağaltmaqla məşğul olan Neymarın təklifi nəzərdən keçirdiyi bildirilir. PSJ-nin satmaq istədiyi forvardı Avropanın bir çox komandası da heyətində görmək istəyir.

Qeyd edək ki, son mövsümdə 29 matçda iştirak edən oyunçu 18 qol və 17 assistlə yadda qalıb.

writer photo
Əlirza Əlirzalı
0