Neymara müştəri tapıldı
27.05.2022 - 17:56
Neymara müştəri tapıldı

PSJ-nin satmaq istədiyi Neymarın müştərilərindən biri bəlli olub.

Apasport.az saytının məlumatına görə, braziliyalı hücumçu “Çelsi”nin hədəfinə düşüb.

İngiltərə klubunun yeni sahibləri cənubi amerikalı ulduzun keçidində maraqlıdır. PSJ isə ötən il müqaviləsini uzatdığı Neymardan qurtulmaq istəyir. 

Buna səbəb onun yüksək maaşıdır. Daha üç il Fransa klubunda qalmalı olan hücumçu ildə təxminən 35 milyon avro alır.

writer photo
Əlirza Əlirzalı
0