Neymarın “Çelsi”yə transfer əmsalı düşdü
01.07.2022 - 22:07
Neymarın “Çelsi”yə transfer əmsalı düşdü

Yay transfer dönəminin  əsas müzakirə mövzularından biri PSJ-nin hücumçusu Neymardır.

Apasport.az saytının məlumatına görə, PSJ rəhbərliyi Braziliya millisinin üzvünü satmağa hazırdır.

Mayda klubla yeni müqavilə imzaladıqdan sonra transferlərdə söz sahibi olan hücumçu Kilian Mbappe komanda yoldaşının göndərilməsini istəyib. Onun xidmətində ən çox maraqlı olan klub “Çelsi”dir. PSJ-də olarkən Neymarla çalışmış Tomas Tuxel forvardı yanına aparmaq niyyətindədir.

Bukmekerlər də 30 yaşlı oyunçu uğrunda mübarizədə “Çelsi”ni favorit göstərir. Təsadüfi deyil ki, onun London klubuna transfer əmsalı 3-ə düşüb. Neymarı almağa ilk üç namizəd sırasında olan “Mançester Siti”nin şansı 5, “Barselona”nın isə 7 əmsaldır.

Ancaq ən çox ehtimal olunan variant ulduz futbolçunun PSJ-də qalmasıdır. Bukmekerlər bu ssenari üçün 1.16 əmsal verir.
 

writer photo
Əlirza Əlirzalı
0