Krakov-2023: Abışovdan 12-ci yer
22.06.2023 - 14:09
Krakov-2023: Abışovdan 12-ci yer

Krakov-2023 III Avropa Oyunları çərçivəsində keçirilən atletika üzrə komandalararası qitə çempionatı davam edir.

Apasport.az saytının məlumatına görə, III divizionda çıxış edən Azərbaycan yığmasının daha bir üzvü mübarizə aparıb.

Kişilərin 5000 m məsafəyə qaçışında Elman Abışov çıxış edib. O, finişə 16 dəqiqə 26,70 saniyəyə çatıb. Mövsümdə ən yaxşı nəticəsini göstərən atletimiz 12-ci yeri tutub.

Qeyd edək ki, III divizionda yarışlara bu gün yekun vurulacaq.
 

writer photo
Əlirza Əlirzalı
0