Niderland klubunda pivə satışından rekord qazanc
24.11.2023 - 21:56
Niderland klubunda pivə satışından rekord qazanc

"Tvente" bir il ərzində stadionda pivə satışından rekord gəlir əldə edib. 

Apasport.az "Ria Novosti”yə istinadən xəbər verir ki, bu satış kluba futbolçu satışından daha çox pul qazandırıb.

Niderland təmsilçisi klub işçilərinin maaşları və ərzaq alışı xərclərini nəzərə almasaq, təxminən 10,5 milyon avro qazanıb.

Niderlandlı idman jurnalisti Tom Knippinq məsələ barədə sosial şəbəkəbə bunları yazıb: “Qəribədir ki, “Tvente” oyunçu satışından daha çoxunu pivədən qazanıb. Mən Avropanın heç yerində belə hadisə ilə qarşılaşmamışam”.

Qeyd edək ki, klubun futbolçu satışından büdcəsinə 6,4 milyon avro daxil olmuşdu.

writer photo
Əlirza Əlirzalı
0