PSJ yarımmüdafiəçisini satmaq niyyətindədir
12.08.2024 - 09:55
Liqa 1 təmsilçilərindən PSJ yarımmüdafiəçii Danilo Pereyra ilə yollarını ayırmaq istəyir.
Apasport.az xəbər verir ki, klub 32 yaşlı futbolçu üçün transfer təkliflərini dinləməyə hazırdır.
Yarımmüdafiəçinin hazırkı "transfer pəncərəsi" bağlanana qədər getmə ehtimalı kifayət qədər yüksək qiymətləndirilir.
Danilo Pereyra Fransa nəhənglərinin rəngində 157 oyun keçirib, 10 qol vurub və 3 məhsuldar ötürmə edib.
"Transfermarkt" portalı onun dəyərini 8 milyon avro olaraq qiymətləndirir. Futbolçunun PSJ ilə müqaviləsi 2024/25 mövsümünün sonunda başa çatacaq.
0
0