Niderland yığmasının daha bir futbolçusu AVRO-2024-ü buraxacaq
11.06.2024 - 14:32
Niderland yığmasının daha bir futbolçusu AVRO-2024-ü buraxacaq

Niderland millisi AVRO-2024-də Frenki de Yonqla yanaşı, daha bir yarımmüdafiəçinin xidmətindən məhrum ola bilər.

Apasport.az xarici KİV-ə istinadən xəbər verir ki, əzələ zədəsi olan "Atalanta"nın yarımmüdafiəçisi Ton Kopemeyners Almaniyaya yollanmamaq təhlükəsi ilə üzləşib.

26 yaşlı futbolçu ötən mövsüm İtaliya A Seriyasında 12 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb. 

Qeyd edək ki, Niderland millisi AÇ-2024-də Polşa, Fransa və Avstriya ilə eyni qrupda çıxış edəcək.

writer photo
Əlirza Əlirzalı
0