Bundesliqada VİDA
03.04.2023 - 10:52
Bundesliqada VİDA

Almaniyanın “Bayer” klubu futbolçusu Çarles Aranqislə yollarını ayırıb.

Apasport.az saytının məlumatına görə, 33 yaşlı yarımmüdafiəçi karyerasını Braziliyada davam etdirəcək.

Aranqis “İnternasional” klubuna keçib. Çilili orta sahə oyunçusu əvvəllər də bu komandada forma geyinib.

Qeyd edək ki, Çarles 2015-ci ildə “Bayer”ə “İnternasional”dan transfer olunub.

writer photo
Əlirza Əlirzalı
0