Nikolas Anelka Diniyevin komandasında çalışacaq
25.01.2024 - 10:36
"Çelsi"nin və Fransa millisinin sabiq futbolçusu Nikolas Anelka Türkiyədə çalışacaq.
Apasport.az xarici KİV-ə istinadla xəbər verir ki, 44 yaşlı fransalı "Ümraniyəspor"da icraçı direktor vəzifəsində çalışacaq. Keçmiş hücumçu müqavilə imzalamaq üçün İstanbula yollanıb.
Xatırladaq ki, Azərbaycan millisinin futbolçusu Coşqun Diniyev də "Ümraniyəspor"da çıxış edir.
Qeyd edək ki, Anelka 2005/2006 mövsümündə "Fənərbaxça"nın rənglərini qoruyub.
0
0