Nkunku “Çelsi”ylə anlaşdı
03.10.2022 - 09:41
Nkunku “Çelsi”ylə anlaşdı

“Leypsiq”in futbolçusu Kristofer Nkunku “Çelsi”yə keçəcək.

Apasport.az saytının məlumatına görə, 24 yaşlı hücumçu İngiltərə klubu ilə anlaşıb.

Tərəflər 2028-ci ilədək müqavilənin şərtlərini razılaşdırıb. Keçidin baş tutması üçün iki klub arasında anlaşma əldə olunmalıdır.

Fransalı Almaniya klubu ilə müqaviləsini bu yay uzadıb. O, 2026-cı ilədək Bundesliqa təmsilçisinə məxsus olacaq.

Qeyd edək ki, Nkunku cari mövsümün 11 oyununda 6 qol vurub.
 

writer photo
Əlirza Əlirzalı
0