“Nottingem Forest” “Çelsi”yə cərimə ödəmək təhlükəsi ilə üzləşib.
Apasport.az xəbər verir ki, buna Andrey Santos səbəb olub.
Braziliyalı yarımmüdafiəçi “Çelsi”dən icarəyə götürülüb. Lakin Santos “Nottingem Forest”də oyun praktikası qazanmır. Cənubi amerikalı “Nottingem Forest”də yalnız bir matça çıxıb.
Bir illik icarə müqaviləsində bununla bağlı xüsusi bənd var. Əgər Santos yeni komandasında zədəli olmadığı vaxtda oynamasa, “Çelsi”yə cərimə ödəniləcək. Paytaxt təmsilçisi futbolçusunu yanvarda icarədən qaytarmaq hüququna da malikdir.
Qeyd edək ki, Santos 2023-cü ilin qışında “Vasko da Qama”dan 12,5 milyona transfer olunub. Onun müqaviləsi 2030-cu ilin yayında başa çatacaq.