Nigeriya futbolu yeni qalmaqalla gündəmə gəlib.
Apasport.az saytının məlumatına görə, “Remo Stars”la “İcebu Yunayted” arasında keçirilən matçın nəticəsinin öncədən danışıldığı şübhəsi yaranıb.
Nigeriya Oqun Kubokunun finalına təsadüf edən qarşılaşma 0:0 hesabı ilə nəticələndiyindən, penaltilər seriyasına müraciət olunub. Əvvəlcə komandalardan birinin zərbəsi zamanı qapıçı tora daxil olan topa reaksiya göstərməyib. Rəqibin oyunçusu isə penaltini elə həvəskarcasına yerinə yetirib ki, özünü “yandırıb”. O, sürətlə topa yaxınlaşaraq onu düz auta vurub və ardından məyus olmuş kimi başını tutub.
Həmin gülməli anların videosu sosial şəbəkələrdə yayılıb.