“Nyukasl”dan növbəti transfer
10.10.2023 - 01:48
“Nyukasl”dan növbəti transfer

“Nyukasl” heyətini gücləndirməyə hazırlaşır.

Apasport.az xəbər verir ki, “sağsağanlar” 19 yaşlı Adam Uortona elçi düşüb.

“Blekbern” komandasında çıxış edən gənc ingilis yarımmüdafiəçi mövsümün sonunda komandasını dəyişə bilər. Skautlardan müsbət raport alan “Nyukasl” rəhbərliyi qarşı tərəflə danışıqlara başlamağa hazırlaşır.

Qeyd edək ki, bu mövsüm 11 matçda iştirak edən Uorton 1 məhsuldar ötürmə edib.

writer photo
Əlirza Əlirzalı
0