"Nyukasl"ın futbolçusu vətəninə qayıdır
19.01.2024 - 12:50
"Nyukasl"ın futbolçusu vətəninə qayıdır

“Selta” müdafiə xəttinə yeni futbolçu cəlb etmək istəyir.

Apasport.az xəbər veri ki, Viqo təmsilçisi "Nyukasl"ın müdafiəçisi Xavyer Mankiloya göz qoyub.

29 yaşlı ispaniyalının keçidi üçün danışılara başlayan “Selta” rəhbərliyi yaxın günlərdə nəticə əldə edəcəyinə inanır. Xüsusilə arxa xətt oyunçusunun Premyer Liqa klubundan ayrılmaq istəməsi bu transferin baş tutmasında həlledici rol oynaya bilər.

Qeyd edək ki, Premyer Liqa klubu ilə razılaşması mövsümün sonunda bitəcək olan arxa xətt oyunçusu bu mövsüm meydana çıxmağa fürsət tapmayıb.

writer photo
Əlirza Əlirzalı
0