O da “Çelsi”dən getdi
02.09.2022 - 13:34
O da “Çelsi”dən getdi

“Çelsi” daha bir futbolçusu ilə vidalaşıb.

Apasport.az saytının məlumatına görə, İngiltərə klubunun yarımmüdafiəçisi Kenedi karyerasını İspaniyada davam etdirəcək.

Braziliyalı futbolçu “Valyadolid”ə keçib. O, 2027-ci ilin yayına qədər bu komandanın formasını geyinəcək.

Qeyd edək ki, Kenedi 2015-ci ildən “Çelsi”yə məxsus idi.
 

writer photo
Əlirza Əlirzalı
0