Güləş üzrə ikiqat Olimpiya çempionu vəfat etdi
17.02.2024 - 18:18
Sərbəst güləş üzrə ikiqat Olimpiya çempionu Levan Tediaşvili vəfat edib.
Apasport.az xəbər verir ki, gürcüstanlı veteran idmançı uzun sürən xəstəlikdən sonra 75 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, Levan Tediaşvili 1972-ci ildə Münxendə və 1976-cı ildə Monrealda keçirilən Olimpiya Oyunlarında qızıl medal qazanıb. O, həmçinin sərbəst güləş üzrə dördqat dünya çempionu və üçqat Avropa çempionu olub.
0
0