Obameyanq Premyer Liqa arzusunda
04.08.2022 - 14:43
Obameyanq Premyer Liqa arzusunda

Pyer-Emerik Obameyanq karyerasını yenidən Premyer Liqada davam etdirə bilər.

Apasport.az saytının məlumatına görə, “Barselona”nın hücumçusu “Çelsi”nin hədəfindədir.

İngiltərə klubu 33 yaşlı hücumçunun nümayəndələri ilə görüşüb. Qabonlu forvardın özü də yenidən Premyer Liqada oynamaq arzusundadır.

Qeyd edək ki, İngiltərədə “Arsenal”da oynamış Obameyanq bu ilin əvvəlində “Barselona”ya keçib. O, İspaniya klubundakı 23 matçda 13 qola imza atıb.
 

writer photo
Əlirza Əlirzalı
0