Villaş-Boaş futbola qayıdır
10.10.2023 - 18:16
Andre Villaş-Boaş futbol fəaliyyətini davam etdirməyə yaxındır.
Apasport.az xəbər verir ki, portuqaliyalı mütəxəssis özü üçün yeni ampluada çalışa bilər.
Ona Portuqaliya nəhənglərindən birinin direktorlar şurasında yer almaq təklif edilib. Bu klubun “Benfika”, “Porto” və ya “Sportinq”dən hansının olduğu açıqlanmır.
45 yaşlı mütəxəssis 2021-ci ilin fevralından işsizdir. Villaş-Boaş karyerası ərzində Avropa Liqası, həm Portuqaliya, həm Rusiyada çempionluq, kubok və Superkubok qazanıb.
Qeyd edək ki, Villaş-Boaşın son klubu “Marsel” olub.
0
0