Əliyar Ağayevin təyin olunduğu matç qəzaya görə təxirə salındı
01.03.2023 - 20:55
Əliyar Ağayevin təyin olunduğu matç qəzaya görə təxirə salındı

"Olimpiakos" və AEK komandaları arasında keçirilməli olan Yunanıstan Kubokunun yarımfinal mərhələsinin cavab oyunu bu gün keçirilməyəcək.

Apasport.az xəbər verir ki, buna səbəb Larisa şəhəri yaxınlığında baş vermiş qatar qəzasıdır. Bu səbəbdən də matç qeyri-müəyyən müddətə təxirə salınıb.

Qeyd edək ki, sərnişin və yük qatarlarının toqquşması nəticəsində 36 nəfər həlak olub, 66 nəfər yaralanıb.

writer photo
Əlirza Əlirzalı
0