İsko karyerasını Türkiyədə davam etdirə bilər.
Apasport.az saytının məlumatına görə, “Real”dan ayrılan yarımmüdafiəçi “Qalatasaray”ın transfer gündəmindədir.
Mənbənin sözlərinə görə, komandanın turnir cədvəlində 13-cü pillədə qərarlaşdığı mövsümün fəlakətli nəticəsi başa çatdıqdan sonra “Qalatasaray” heyətini xeyli gücləndirmək istəyir.
Uğursuz mövsümdən sonra heyətini gücləndirməyə çalışan İstanbul nəhəngi 30 yaşlı pleymeykerlə müqavilə bağlamağa çalışır. “Cim-bom”un yeni baş məşqçisi Okan Buruk da onu yeni qurulacaq heyətin aparıcı siması qismində görür. Hazırda azad agent olan İspaniya millisinin üzvü ilə danışıqlar davam edir.
Qeyd edək ki, İsko 2013-cü ildən formasını geyindiyi “Real”ın heyətində 353 oyunda 53 qol vurub, 56 məhsuldar ötürmə verib.