Böyük RİSK
17.04.2023 - 11:46
Böyük RİSK

Bukmeker kontorlarında daha bir maraqlı mərc qeydə alınıb.

Apasport.az saytının məlumatına görə, proqnozsevərlərdən biri Rusiya çempionatının “Torpedo” – “Spartak” matçında böyük riskə gedib.

O, turnir cədvəlinin autsayderi olan meydan sahiblərinin qələbəsinə proqnoz verib. Better 12,0 əmsalla dəyərləndirilən bu varianta 105 min rubl (2 min 173,5 manat) qoyub. Lakin mükafatlar uğrunda mübarizə aparan “Spartak” 9 nəfərlə bitirdiyi görüşdə 2:1 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, müştəri sensasiya sayəsində 1 milyon 260 min rubl (26 min 82 manat) qazanacaqdı.

writer photo
Əlirza Əlirzalı
0