Azərbaycan çempionu avrokubokda Xorvatiya klubunu məğlub etdi - YENİLƏNİB
19.10.2022 - 19:26
Azərbaycan çempionu avrokubokda Xorvatiya klubunu məğlub etdi - YENİLƏNİB

Kişi voleybolçular arasında Azərbaycan çempionu “Murov” bu gün avrokuboklarda mübarizəyə başlayıb.

Apasport.az saytının məlumatına görə, Fərid Cəlalovun yetirmələri Çelenc kubokunda yarışa start veriblər.

Təmsilçimiz 1/32 final çərçivəsində Xorvatiyanın “Kitro Varazdin” klubu ilə qarşılaşıb. Görüş voleybolçularımızın inamlı qələbəsi ilə yekunlaşıb. İlk hissəni 6 top öndə bitirən “Murov” ikinci seti 25:18 hesabı ilə aktivinə yazıb. 

Üçüncü hissə isə sonuncu olub. Bu dəfə rəqibini 25:20 hesabı ilə məğlub edən Azərbaycan çempionu ilk qarşılaşmadan 3:0 hesablı qələbə ilə ayrılıb. 

Qeyd edək ki, qarşılıqlı razılığa əsasən hər iki görüş Bakıda Voleybol Mərkəzində təşkil olunacaq. İlk matçda meydan sahibi balkanlılar sayılırdısa, sabah keçiriləcək cavab görüşündə “Murov” rəqibini qəbul edəcək.

Çelenc kuboku
1/32 final, ilk oyun
18:00. “Kitro Varazdin” (Xorvatiya) - “Murov” (Azərbaycan) - 0:3
(19:25, 18:25, 20:25)
Bakı Voleybol Mərkəzi
 

writer photo
Əlirza Əlirzalı
0