Reqekampf: "Bundan sonra yetərli gücümüz qalmadı" - MÜSAHİBƏ
02.05.2023 - 22:15
Reqekampf: "Bundan sonra yetərli gücümüz qalmadı" - MÜSAHİBƏ

“Bir neçə gün əvvəl biz xoşbəxt idik. Bugünkü gündə neqativlik var, çünki uduzmuşuq. Qapımızdan iki asan qol buraxdıq. Bizim səviyyədə olan komandanın belə qollar buraxması düzgün deyil.”

Apasport.az saytının məlumatına görə, bunu “Neftçi”nin baş məşqçisi Laurentsiu Reqekampf Premyer Liqanın XXXII turunda “Qarabağ”la qarşılaşmadan sonra keçirilən mətbuat konfransında deyib.

Rumıniyalı mütəxəssis 2:4 hesabı ilə uduzduqları qarşılaşmada qırmızı vərəqənin nəticəyə təsir göstədiyini bildirib: “Müdafiədə kifayət qədər təcrübəli və səviyyəli oyunçularınız var. Müdafiəçimiz qırmızı vərəqə də aldı. Düşünürəm ki, bu haqda danışmalıyıq. Bundan sonra diqqətli müdafiə olunub, əks-hücumlardan yararlanmağa çalışdıq. Saldanya qol ilə oyuna geridönüş edə bildik. Əvəzində üçüncü qolu da asanlıqla qapımızdan buraxdıq. "Qarabağ"ın daha təhlükəli epizodlarının qarşısını ala bilsək də, eyni zamanda, asan qollar buraxdıq. Sevindirici məqam yenə qol vurmağımız oldu. Bundan sonra üçüncü qolu vurmaq üçün yetərli gücümüz qalmadı. Dördüncü qola gəldikdə, şərh etmək istəmirəm. Çünki şəxsi bacarıqları olan futbolçular gözəl qollar vurdular”.

- Bürünc medalçı olacağınız rəsmiləşdi. Gümüş əlçatmaz oldu. Bu nəticə sizi nə qədər razı saldı?
- Qarşıda gələn perioda pozitiv yanaşmalı və daha yaxşı oynamalıyıq. Səhvlərimizə nəzər yetirməliyik. Kuboku qazanmaq arzusundayıq. Əgər bir az daha diqqətli olsaydıq, ilk qolu qapımızda görməzdik. Çünki bütün müdafiə eyni xətdədir və Höccət Haqverdi isə xətti pozurdu. Belə səhvləri aradan qaldıra bilsək, daha yaxşı ola bilərik. 10 nəfərlə 11 nəfər qarşı mübarizə aparmaq asan deyil. Üçüncü yer haqda danışmaq istəmirəm. Mövsümü bitirib ümumi təhlil etməliyik. Mənim üçün şəxsən kifayət etmir, daha çoxunu istəyirəm.

-“Qarabağ"a dörd oyunda da qalib gələ bilmədiz. Nə çatmadı?
- Bu, böyük söhbətdir. Qarşıdakı mövsümə qədər hər şeyi ətraflı təhlil etmək lazımdır. Bir ay vaxtımız var. Çox əzmkar işləmək və kubokun finalına hazır olmalıyıq.

- Dediniz ki, asan qollar buraxdınız. Avrokuboklarda iştirak edəcəksiz. Bu hal sizi düşündürür?
- Hazırda sizinlə bu məsələdə həmsöhbət ola bilmirəm. Hər birimiz "Qəbələ" ilə final oyununa yaxşı hazırlaşmalıyıq. Kuboku qazanıb, mövsümü titulla bitirmək istəyirik.

- 10 nəfərlə daha yaxşı oynadız. Rəqibdə də belə itki olsaydı, necə alınard?
- Bu barədə nəsə deyə bilmərəm. Sözsüz ki, eyni vəziyyət yaranardı. Amma rəqib azlıqda qalsaydı, qalib gələ bilərdik və ya yox, bunu demək çətindir.

 

 

writer photo
Əlirza Əlirzalı
0