Noyer: "İkardini saxlamalıyıq"
08.11.2023 - 17:34
Noyer: "İkardini saxlamalıyıq"

“Mauro İkardi çox səviyyəli və qorxusuz biridir. Onu diqqətdə saxlamalıyıq”.

Apasport.az xəbər verir ki, “Bavariya”nın qapıçısı Manuel Noyer Çempionlar Liqasında bu axşam oynayacaqları “Qalatasaray” matçı öncəsi argentinalı futbolçudan ağızdolusu danışıb.

Oyun öncəsi mətbuat konfransına qatılan 37 yaşlı çərçivə qoruyucusu İkardiyə xüsusi diqqət ayırmağın vacib olduğunu düşünür: “Məncə rəqibin hücum xətti çox güclüdür. Xüsusilə də İkardi! Argentinalı futbolçu ustalıq səviyyəsi yüksək olan, təcrübəli forvarddır. İlk oyunda nəyə qadir olduğunu göstərdi. Penalti zərbəsindən soyuqqanlı şəkildə, panenkasayağı istifadə etdi. Mənimlə yanaşı müdafiə xəttimiz də bu gün ona qarşı diqqətli olmalıdır”.

Qeyd edək ki, “Bavariya” – “Qalatasaray” oyunu bu gecə Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.

writer photo
Əlirza Əlirzalı
0