Okan Buruk: Rəqib sürpriz qolla qalib gəldi”
13.12.2023 - 12:58
Okan Buruk: Rəqib sürpriz qolla qalib gəldi”

"Pis bir qol buraxdıq"

Apasport.az xəbər verir ki, bunu “Qalatasaray”ın baş məşqçisi Okan Buruk deyib.

O, komandasının Çempionlar Liqasında mübarizəni dayandırması haqda danışıb: “Rəqibimizin gözləmə taktikası seçəcəyini bilirdik. “Kopenhagen” xüsusilə də meydanın mərkəzini qapadan bir komandadır. Ön xətdə Mauro İkardi və Kərəm Aktürkoğlu ilə qol şansları yaratmaq istəyirdik. Ümumilikdə rəqibə çoxlu qol şansları verməsək də, pis bir qol buraxdıq. Biz isə epizodları qola çevirə bilmədik. Rəqib vurduğu sürpriz qolla qalib gəldi. Biz isə yolumuza Avropa Liqasında davam edəcəyik. Təbii ki, məyusuq. Çempionlar Liqasında 1/8 finala çıxmaq istəyirdik. Təəssüf ki, bu olmadı. Super Liqada da bizi çempionluq yolu gözləyir. ”.

Qeyd edək ki, “Aslanlar” qrupda 3-cü yeri tutduqları üçün mübarizəni Avropa Liqasının pley-off mərhələsində davam etdirəcəklər.

writer photo
Əlirza Əlirzalı
0