"Yuventus"un hücumçusu Duşan Vlahoviç və "Red Bull Zalsburq"un müdafiəçisi Aleksa Terziç Serbiya millisinin qarşıdakı yoldaşlıq oyunlarında iştirak etməyəcək.
Apasport.az xəbər verir ki, buna səbəb oyunçuların zədələnməsi olub. Həmçinin şəxsi səbəblərə görə "Malyorka"nın müdafiəçisi Matiya Nastasiç martda Serbiya toplanışını buraxacaq. Əvəzində “Spartak”ın müdafiəçisi Srdjan Babiç və “Panatinaikos”un müdafiəçisi Filip Mladenoviç milliyə dəvət alıb. “Ağ qartallar”ın baş məşqçisi Draqan Stoykoviç mətbuat konfransında çağırılan futbolçuların yekun siyahısında bu dəyişiklikləri açıqlayıb.
Qeyd edək ki, martın 21-də serblər Rusiya, martın 25-də isə Kipr millisi ilə qarşılaşacaq.