“Qarabağ”ın futbolçusu Super Liqa klubunun hədəfində
16.05.2023 - 10:04
“Qarabağ”ın futbolçusu Super Liqa klubunun hədəfində

“Qarabağ”ın futbolçusu Julio Romao karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.

Apasport.az saytının məlumatına görə, braziliyalı yarımmüdafiəçi Ağdam klubunun heyətində nümayiş etdirdiyi oyunla bir neçə klubun maraq dairəsinə düşüb. 

Onu heyətində görmək istəyənlərdən biri “Ankaragücü”dür. Türkiyə Super Liqasında çıxış edən paytaxt klubu Julio yayda transfer etməyi planlaşdırır.

Ankaralılar yaxın müddətdə “Qarabağ”la danışıqlara başlamaq fikrindədir. “Qarabağ”ın isə bu mövsüm komandanın aparıcı simasına çevrilən 25 yaşlı futbolçunu buraxıb-buraxmayacağı danışıqlardan sonra dəqiqləşəcək.

Qeyd edək ki, Romao cari mövsüm Premyer Liqada keçirdiyi 29 matçda 1 qol vurub.

writer photo
Əlirza Əlirzalı
0