Bu gün “Baku Marriott Hotel Boulevard” hoteldə Klublar Komitəsinin növbəti iclası keçirilib.
Apasport.az saytı xəbər verir ki, iclasda AFFA-nın baş katibi Sərxan Hacıyev, PFL-in prezidenti Elxan Səmədov və vitse-prezidenti Aslan Şahgəldiyev, Misli Premyer Liqasında mübarizə aparan klubların nümayəndələri iştirak ediblər.
Sərxan Hacıyev klublara göstəriləcək maliyyə yardımı barədə məlumat verib. AFFA-nın Yoxlama və Təftiş Komitəsinin üzvləri ilə tanışlıq xarakterli müzakirələr aparılıb.
Klublar Komitəsinin Əsasnaməsinə uyğun olaraq, komitənin sədri vəzifəsinə seçki keçirilib. “Qəbələ” klubunun prezidenti Fariz Nəcəfov səs çoxluğu ilə növbəti 1 il müddətinə Klublar Komitəsinin sədri seçilib.