“Mançester Yunayted” seçim qarşısında
04.11.2023 - 17:49
“Mançester Yunayted” seçim qarşısında

“Mançester Yunayted”in transfer  siyahısında yer alan hücumçuların siyahısı bəlli olub.

Apasport.az xəbər verir ki, İngiltərə klubu 4 forvard arasında seçim edəcək.

Mançesterlilərin əsas hədəfləri “Monako”dan Vissam Ben-Yedder və “Porto”dan Mehdi Taremidir. Premyer Liqa təmsilçisi Braziliyadan da iki futbolçunu gözaltı edib. Bunlar “Flamenqo”dan Qabriel Barboza və “Santos”dan Markos Leonardodur.

Qeyd edək ki, mançesterlilər hücumçu transferini qışda reallaşdırmaq niyyətindədir.

writer photo
Əlirza Əlirzalı
0